Elnur Uğur : - Hamı üçün ölüm haqdı.
İnsan ölsə bu dərd deyil,
Hamı üçün ölüm haqdı.
Ömür var ki, abırsızdı,
Ömür var ki, utancaqdı.
Döyə bilmir hər qapını,
Onçün yarı yolda qalır.
Abır eləyir, utanır,
Abır ömrü əldən alır.
Bu dünya çox həyasızdı,
Həyasızları da sevir.
Həyalıya acımayır,
Həyalıya çor da demir.
Oğru doğrunun bağrını,
Haqq sözlə yaran zamanda.
Döz, yaşa bacarsan əgər
Yaşa e bacarmasan da.
Bu həyatın qanunu sərt,
Ağası köləyə kölə.
İnsan ölsə bu dərd deyil,
Dərd o içdə insan ölə.