Elnur Uğur Abdiyev - Şəhid məzarının yanından ötsən...

Ədəbiyyat 20:34 / 19.01.2026 Baxış sayı: 2192

Şəhid məzarının yanından ötsən,

Ayaq saxla, orda gör kimlər yatır?

Vətənin sağalmaz yaralarını,

Qanıyla sağaldan həkimlər yatır!

 

Keçdiyin xiyaban hər səkisində,

Bir yaddaş yaşadır dinlə,bil sən də.

Dünyayla dünyanın məhkəməsində,

Zamana ən adil hakimlər yatır.

 

Baş əyib o Vətən- məzarıı öpsən,

Vətənin ətrinin dadın bilərsən.

Şəhid məzarının yanından ötsən,

Ayaq saxla, orda gör kimlər yatır?!