Elnur Uğur Abdiyev - Milyard ildir yer göy eşqdə,

Ədəbiyyat 14:00 / 02.12.2025 Baxış sayı: 1491

Milyard ildir yer göy eşqdə,

Bu dağlayır,o dağlayır!

Göydən yağan yağış altda,

Yerdə sönən od ağlayır.

 

Göz yaşına bax tüstünün,

Gözlərindən axır göyün.

Közün çataçat səsində,

Sükut unudur hay- küyün.

 

Bu şəhərin dəliləri,

Ağıllanmadı hələ də.

Soruşdum bu gün birindən:

- Necəsən?- dedi,- belə də.

 

Səsə baxdım qan damırdı,

Bu gün açmamalıydı Gün.

Günəş dana aldanırdı,

Doğurdu dəlilər üçün.