Elnur Uğur Abdiyev - İndi od olmayan yerdə

Ədəbiyyat 12:55 / 03.08.2026 Baxış sayı: 575

İndi od olmayan yerdə,

Bir qara tüstülər qalxır,

Ömrün şüsəbəndi deyil,

Ruhun divarları salxır.

 

Adam qılıqlı adamlar,

Şeytana rəhmət oxudur.

İnsan oğlu niya axı,

İnsana lənət oxudur?

 

İndi əslindən məhrumdu,

Süniləşib intellekt də.

Düşüncələr robotlaşıb,

Başlar itib internetdə.

 

Söz düşübdü dəyərindən,

Üz görəsi təriflər var.

İqlimdən danışan bilmir,

Cəhətlər var,tərəflər var.