RAFİQ HÜSEYNLİYƏ
O, Şuşada dünyaya gəlmişdi. 20 yaşında Azərbaycan Dövlət
Televiziyasında diktor kimi fəaliyyətə başlayan andan xalqın
sevgisini qazandı. Qarabağ hadisələrindən sonra neçə illər
efirdən uzaq qaldı. Sənət adamı üçün bu ağır idi. Bu ağır illərdə Ona xalqın sevgisi dayaq oldu. İllərlə efirdə görünməsə də
xalqın sevgisi azalmadı. Xalq bu sevgiylə öz sevimlisini son
mənzilə yola saldı. Mən də həmin gün xalqın öz sənətkarına
olan sevgisini duydum. Qarabağ dərdi, Şuşa həsrəti içinə
hopmuşdu, ürəyinə dolmuşdu. Cismini qoruya bilmədi. Yaşaya bilmədi...
4 avqust dünyaya gəldiyi gündü. Bu il 80 yaşı olacaqdı.
Rafiq Hüseynovu sevən hər baxışda, hər səsdə,
hər ürəkdə yenidən oğulacaq...
Göylər sonsuzdu, sonsuzluqdu.
Sən göyləri qoyub getmədin,
göylərə getdin.
Hərdən günəş olub baxacaqsan,
Hərdən ulduzları sinənə taxacaqsan.
Hərdən yağış kimi yağacaqsan,
hərdən darıxacaqsan mənim kimi.
Mən də kövrək adamam,
ağlaya bilmədim amma
Sənin kimi...
İki gözüm var, hərəsində bir damla.
Gücüm yetincə gözlərimi açdım,
yox, dünyanı görməkçün yox,
damlalar düşməsin deyə,
kimsə görməsin deyə.
Biri geriyə - ürəyimə döndü .
biri gözümdə qaldı sənin kimi.
Kamalə Abiyeva, şair, publisist