Elçin Əfəndiyev küçəsi - YENİ AD
Xalq yazıçısı Elçinin adı Binəqədi rayonundakı küçələrdən birinə verilib.
Bu, mart ayında Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə reallaşıb.
Sərəncama görə, Binəqədi rayonunda Əhməd Rəcəbli küçəsinin bir hissəsi (Əhməd Rəcəbli küçəsinin Ziya Bünydov prospekti ilə Süleyman Sani Axundov küçələri arasında olan hissələri) Elçin Əfəndiyev adlandırılıb.