Ağaevli Əli Hacı -Mən,küsən deyildim anam
Mən,küsən deyildim anam
Doğulduğuma üşüdüm !
Alnımıza bəxtimizi
O,yazan Allahdan küsdüm !
Sulu dərmədim gülümü,
Bağladım ağzımı,dilimi !
Gözümə alıb ölümü,
Fərman verən,Şahdan küsdüm !
Yazdığım çatmadı göyə,
Özümü bu,yerdə öyəm !
Qeybətin olmasın deyə,
Çəkdiyim bu,ahdan küsdüm !
Qoy,söyüd ağacı ağlasın.
Yaxşı bilir can ağrısın !
Hər gecəmin dan ağrısı-
Doğulan sabahdan küsdüm !
Mən,küsən deyildim anam ,
Heç kimə əyilmədim anam !
Mənə ağlayanada sonam,
Kipriyimdə şehdən küsdüm