Elnur Uğur Abdiyev - Hər kəs eşqi ömrü boyda dərk edir

Ədəbiyyat 08:55 / 15.08.2025 Baxış sayı: 2109

Hər kəs eşqi ömrü boyda dərk edir,

Gün yaşayır yarı zülmət,yarı dan!

Gələn sevır, kimsə boşana bilmir,

Bu işrətli dünya adlı qarıdan.

 

Dünya eşqi tələ adam gic olur.

Qəflət ağır yuxusu da güc olur,

Ayılanda görürsən ki,gec olur.

Köçür köçən,keçir ömür yarıdan.

 

Elə şirin qatır başı, gerçəkdə-

Bu yuxunu bacar sübhə bir çək də.

Sonda əvvəl gördüyün bol pətəkdə,

Nə bal qalır,nə mum qalır arıdan.