Elnur Uğur Abdiyev - Bura sonudur bəşərin
Ədəbiyyat
13:05 / 31.03.2026
Baxış sayı: 617
Bura sonudur bəşərin,
Daş üstə başlar döyülüb.
Altı üstündən sirlidir,
Torpağa daşlar döyülüb.
Baxsan çoxu diri daşdı,
Vaxtdan- vaxta boru daşdı.
Üzdən üstü quru daşdı,
Altda nə yaşlar döyülüb.
Burda sağ daş, sol daş elə,
Daşdı daşa yoldaş elə.
Allah, məni lal daş elə,
Desin qardaşlar, döyülüb!