Əli Hacı Ağaevli : - Haqq özü-İMANDADIR !
Ədəbiyyat
10:09 / 31.03.2026
Baxış sayı: 476
Yol getməyin yolları,
Özünə inamdadır !
Düz əməlin təməli,
Sözünə inamdadır !
Qəlb də böyük yük daşır,
Hər təsirə alışır !
Sevməyin ağıl,başı
Gözünə inamdadır !
Dilimin söz ütüsü-
Yaşamın öz ütüsü !
Ocağımın istisi,
Közünə inamdadır !
Suların durulması-
Yolların durulması !
Dağların dik durması,
Düzünə inamdadır !
Özünə inam ilə,
Sözünə inam ilə,
Gözünə inam ilə,
Haqq özü-İMANDADIR !