Əlizadə Nuri : - Mənə bir ümid verin...

Bir sükuta uduzur,
Milyon adamın səsi.
Hara çıxıb getdi ki
O qaraçı nəğməsi?
İndi necə gizləyim,
Mən bu boyda hüzünü?
Quşlar qanadlarıyla
Saxlayıb göy üzünü...
Haqqın səsi batıbmış-
Yoxsa təkcə kar mənəm?
Mən həm günah imişəm,
Həm də günahkar mənəm.
Sudu çağıran bizi?-
Səs gəlir o quyudan.
Daş da intihar edir
Atılaraq qayadan...
...Yaxşı, kəsdin başımı-
Baş əymədim şahlara.
Mənə bir ümid verin
Paylayım uşaqlara...
...Yaxşı, körpədi balam,
Sözü toxuya bilmir-
" Qara kağızı"m gəlib
Qızım oxuya bilmir...