Əlizadə Nuri : - Bir dostuma elegiya

Ədəbiyyat 09:56 / 29.11.2024 Baxış sayı: 1356

 

Ölümü yenmək olmur-

Ölüm ki ərlik deyil.

Ağlaya da bilmirəm-

Gözlərim tərlik deyil.

 

Bu qədərmi bəsindi?

Toyundu, ya yasındı?

...Bu ki bəy libasındı

Bu ki kəfənlik deyil...

 

Aparsa Araz məni,

Bu günaha yaz məni.

...Tabutun almaz məni-

İki nəfərlik deyil...