Əlirza HƏSRƏT -  SƏNƏ ÇİÇƏK DEDİM...

Ədəbiyyat 22:10 / 26.08.2025 Baxış sayı: 2431

 

Sənə çiçək dedim,ta demədim ki,

Güllərin sirrini açasan elə.

Sənə çiçək dedim,ayrı nə deyim,

Aləmə ətrini saçasan elə.

 

Elə bəzənibsən sən ləçək-ləçək,

Şehindən bir udum götürüm,içək.

Baharı oyadan bənövşələrtək,-

Sən qardan,sazaqdan qaçasan elə.

 

Gül göstər qoxlayıb dərməyim üçün,

Saçına gül düzüb hörməyim üçün.

Dünyanı mən gözəl görməyim üçün,

Gözümdə qapısan,bacasan elə.