Əlirza HƏSRƏT - MEMARINA MAŞALLAH

Ədəbiyyat 13:21 / 03.12.2025 Baxış sayı: 1505

 

Gözəlliyi başqadır hər cığırın,hər yolun,

Şirinləşən dillərə dadı çıxıbdır balın.

Cəlilabad deyəndə pərvazlanıb əl çalın,

Deyək,qurub-yaradan memarına maşallah!

 

Tanrı ərməğanıdır bizə bu şöhrət,ad-san,

Xalqı məhəbbət ilə xoşbəxt eləmək asan.

O qabarlı əlləri öpüb,bağrına basan,-

Bizim Böyük rəhbərin vüqarına maşallah!

 

...Badəni Mişarçaydan doldur sonam,ver içək,

Arzular könlümüz də bəzənib çiçək-çiçək.

Dən tutan sünbülləri kim görüb belə göyçək,

Torpağımın müqəddəs bol barına maşallah!