Ələsgər ƏLİOĞLU - O GÜNLƏRİN HƏNİRİ
O yamacın yaxasına çıxaq biz,
Lalələrlə tutaq ömrə çıraq biz...
Bənövşənin çəhliminə çataq biz,
Çiçəkləsin o günlərin həniri.
Geri dönsün neçə-neçə ilimiz,
Bir-biriylə qoy dil tapsın əlimiz...
Düşsün bir sirr quyusuna meylimiz,
Eşidilməz olsun səsi, səmiri...
Fikrimizi səhər-səhər şeh yusun,
Istəyimiz sinəmizdə uyusun...
O ilk eşqin ətri yenə duyulsun,
Lap təzədən qoy yoğrulsyn xəmiri...
Çiçəkləsin o günlərin həniri.
19..08.2025