Eldaniz Quliyev - Avtobusda...

YAZARLAR, Gündəm 16:34 / 28.11.2026 Baxış sayı: 719

 

Pırpız saqqalı bir sərnişin dönüb məndən soruşdu:

- Müəllim, siz bilərsiniz, şəhərin quşları niyə azalıb belə? Sərçələr yoxa çıxıb, qağayılar, qaranquşlar seyrəlib, qumru quşları heç görünmür... Niyə?

Gözlənilməz sualdan çaşdım...

- Nə bilim, vallah...yəqin ekologiya...ya insanların sıxlığı-filan...

- Yox!- dedi.- Çünki camaat saxtalaşıb, riyakarlaşıb.Yalağlaşıb, yadlaşıblar. Aralarındakı ünsiyyət bağları qırılıb...çiliklənib... Çünki ölkənin müxalifəti göyə mismar vurmaqla, iqtidarı isə buludlardan marojna düzəltməklə məşğuldu..

-Necə yəni... anlamadım, nə dəxli...- Nə deyəcəyimi kəsdirə bilmədim.

- Necəsi-zadı yoxdu. Göy üzünün quşları Yer üzünün isanlarından küsüblər...uçub gedirlər...

- Necə...hara gedirlər?.. - Yəqin bundan səfeh sual ola bilməzdi ki, verdim...

- Yalan olmayan məmləkətə!

...Avtobus dayanacağa çatı, qapılar açıldı... Sərnişinlərdən kimsə arxaya boylanıb yoldaşını səslədi:

- Həmzə, ay Həmzə!.. Koroğludu ey, düşməyək?..