İdris  Babayev - TƏB DƏ GƏRƏKMİŞ

Ədəbiyyat 10:00 / 28.11.2026 Baxış sayı: 89

 

Sandigim söz ilə dolu olsa da,

Qələmim ruhumun qulu olsa da,

Canım qoca vaxtı sulu olsa da,

Sən demə yazmağa təb də gərəkmiş.

 

Çörəyimiz isti, suyumuz sərin,

Olsa da nəvələr şirindən şirin,

Tapılsa dərmanı bütün dərdlərin,

Demə yaşamağa həb də gərəkmiş.

 

Yuxuna hər gecə gələn gözəlin,

Telində şanatək gəzsə də əlin,

Qurbanam deməkdən bezsə də dilin,

Öpüb oxşamağa ləb də gərəkmiş.

 

İdris, yaşamağın itib marağı,

Yoxdur, yaxşıların batıb sorağı,

Guya qırxdan sonra atıb arağı,

Namaz başlamağa dəb də gərəkmiş.

27.11.2026