"Ad gününü yuxuda qeyd edən şair" -  ARİF  FƏRZƏLİ

MƏDƏNİYYƏT 22:01 / 28.11.2026 Baxış sayı: 1121

Bu gün ,  yəni 28 noyabr 2026-cı il tarixdə AYB Lənkəran Bölməsində tanınmış şair Arif Fərzəlinin 70 illik yubileyi münasibətilə "Ad gününü yuxuda qeyd edən şair" adlı tədbir keçirildi.

Yenises.az   xəbər  verir  ki, yubley tədbirində bölgə yazarları ,ziyalılar, jurnalistlər  , həmçinin  şairin qələm dostları  ə  vailə üzvləri də iştirak ediblər.

Tədbiri giriş sözü ilə AYB Lənkəran Bölməsinin sədri, yazıçı, dramaturq Qafar Cəfərli açaraq tədbir iştirakçılarını salamladı. Yubilyarı təbrik edərək bildirdi ki, mərhum şair Xudakərim Məftunun oğlu olan Arif Fərzəli ixtisasca ali təhsilli kimya müəllimi olsa da sonradan Moskvada M.Qorki adına Ədəbiyyat İnstitunu bitirən, bölgədə və ölkədə ən çox tanınan ,oxunan və sevilən şairlərdən biridir.

Şair- publisist,filoloq Əlizaman Baxış   Arif Fərzəlinin həyat və yaradıcılığı barədə geniş məruzə etdi.

Tədbirdə əməkdar jurnalist Zakir Abbas, tanınmış jurnalistlər Akif Ağayev, Cəfər Cəfərov və Mərhəmət Lələyev, tanınmış pedaqoq Xanım Baxışova,şair və yazıçılardan Allahverdi Bayrami, Səyavuş Süleymanlı, Xatirə Xatun, Xanlar Həmid, Ağamir Cavad, Tahir Heydərli,Hafiz Mirzə,Əhməd Haqsevər,Gülarə Fazilqızı,Qardaşxan Fərzi,Əliməmməd Ağazadə,Ramiz Babacanov çıxış edərək yubilyarı təbrik etdilər,onun poeziyası ilə bağlı ürək sözlərini bölüşdülər.

Jurnalist C. Cəfərov sədri olduğu Masallı rayonu Ərkivan Xeyriyyə Cəmiyyətinin Fəxri Fərmanını və hədiyyəsini Arif Fərzəliyə təqdim etdi.

Yubilyarın nəvələri Zəhra və Əyyub Fərzəliyevlər,şairlər Əlizaman Baxış,Akif Ağayev,Əyyub Türkay tərəfindən şairin ifa olunan şeirləri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.

Tədbirə yekun vuran Qafar Cəfərli yubilyarı bir daha təbrik etdi, iştirakçılara təşəkkürünü bildirdi.

Arif Fərzəlinin yubiley tədbirlərinin davam edəcəyini xüsusi qeyd etdi.

Sonda xatirə şəkilləri çəkildi.