Əəddin Əzimli - DÜNYANIN NAĞILIl
Ayaqlarım ağrıyır
Yolun ağırlığından.
Nələr çəkdim həyatda
Sənin ayrılığından.
Darıxıram, dön geri,
Birgə açaq səhəri.
Heç kimin yox xəbəri,
Qəlbimdəki dağından.
Alış, yan gilə - gilə,
Düşsün adım qy dilə.
Doymamışam mən hələ,
Sübhün sirli çağından.
Sahildə tənha qalaq,
Birgə xəyala dalaq.
Qaranlıqdan nur alaq,
Gözlərinin ağından.
Anlar, saatlar keçər,
Mənə yaxınsan necə!
Ləzzət alaq bu gecə,
Dünyanın nağılından.
28. 11. 2026.