Ramiz  Qusarçaylı -  Bu şeir sənə gərək deyil

Ədəbiyyat 21:43 / 27.11.2026 Baxış sayı: 771

 

Hər yeyilən çörək deyil,

Hər çörəyi yeyən adam...

Hər geyilən ələk deyil

Hər ələyi geyən adam...

 

Hər döyülən palan deyil,

Hər palanı döyən adam...

Hər deyilən yalan deyil

Hər yalanı deyən adam...

 

Hər əyilən tənək deyil,

Hər saçağı əyən adam...

Hər öyülən mələk deyil,

Hər alçağı öyən adam...

Hər yeyilən çörək deyil

Hər öyülən mələk deyil,

Hər kələyə yüyən adam,-

Bu şeir sənə gərək deyil.