Ehtiram Ilham  - Vətən

Ədəbiyyat 17:11 / 10.11.2025 Baxış sayı: 751

Belə məmləkətimi olar,

Bu necə torpaqdı, Vətən...

Çəkilən bu boyda dağnan,

Hələ anan sağdı, Vətən?

 

Hardan yol götürdün hara,

Can verdin dövlətə, vara.

Ağ-ağ qara sevdalara

Qara-qara ağdı Vətən.

 

Kim əyrini biləsidi,

Ya doğrunu görəsidi.

Bi gün bir də gələsidi,

Nə görürsən haqdı, Vətən.

 

Çörəyi çıxardıb daşdan,

Ehtiram hələ savaşda.

Bəlkə lap elə o başdan

Heç olmayıb, yoxdu Vətən!

 

10.11.25.