Əbülfət Mədətoğlu - Sevmək, sevilmək üçün
Bir qapı, bir nəfəslik
Döyülmür, səs eləmir...
Bir ürək bir həvəslik
Ömrə də bəs eləmir -
Sevmək, sevilmək üçün...
"Ah" divara yapışır,
Balınca da göz yaşı...
Mənə görə bəs edər
Hər divara öz daşı -
Sevmək, sevilmək üçün!
Göz yolu tumarlayır,
Əl və dodaq şəkili...
Allah HİSS şumallayıb,
Edib qəlbin vəkili -
Sevmək, sevilmək üçün!..
....Sevgi deyil həvəslik,
O VARDI!- Var, deyənə ...
Bir qapı, bir nəfəslik
Bəs edər YAR!- deyənə
Sevmək, sevilmək üçün!