Əbülfət MƏDƏTOĞLU : - SEVGİMİN... ("Bir qadına..." silsiləsindən)

Ədəbiyyat 07:09 / 13.08.2022 Baxış sayı: 2257
 
İndi payız fəsli deyil, mən bilən
Bəs niyə tökülüb gülü, sevgimin?!
Sazaqmı boylanan, qarmıdı gələn -
Soyuyub, üşüyür külü sevgimin!..
Ümid didiklənib, kədər doğulub,
Ürəyə yüz yerdən xətər toxunub...
İçində hıçqırıb - səsi boğulub -
Elə bil tutulub dili , sevgimin!..
Dünyaya sevinib, gülməyə gəldi -
Amma qarğışlandı - gülləyə gəldi!
Anlaya bilməmiş gül , nəyə gəldi ?-
Döydü qapısını ili, sevgimin!
Əbülfət, güvəncin ötən an olub,
Sənin ağladığın quru can olub!
Bu qəfil gedişdən ruhun qan olub -
Çıxıbdı əlindən əli, SEVGİNİN!..