Əbülfət Mədətoğlu : - Qoşma
Yenə gecə...yenə ulduz... və xəyal
Çözdüyüm də yenə köhnə olanlar...
Davam edir gör nə vaxtdı eyni hal -
Təzələnir ürəyimə dolanlar!
Donub sanki, dörd tərəfdə səs, səmir
Nə yeni var, nə edilmiş bir təmir!..
Əsəblərim ola bilmir tay dəmir -
Aşındırır onu vaxtsız solanlar!..
Ulduz sayıb gözləyirəm mən danı,
İkimizin bir ulduzun sən tanı!
Dərdlərimlə gəlib olub tən yarı -
Ömür boyu şirin vədlər, yalanlar!..