Əbülfət Mədətoğlu : - Qal...

Ədəbiyyat 09:45 / 14.09.2023 Baxış sayı: 2385

 

Düşən dəndi bu anlarım ələkdən

Toplamağa nə həvəs var, nə də hal...

Mən ismarıc gözləyirəm fələkdən -

O da, hələ, nə "get!" deyir, nə də "qal!"

 

Oturmuşam . gözlərimi yol çəkir...

Diqqətimi bülbül qonan kol çəkir...

Bu halıma . gülə-gülə, qol çəkir -

Və deyir ki, əhd etdiyin vədə qal!..

 

Olmuşların olacağa himini -

Anlayıram, ruhun sarı simini!

Ümid deyir Əbülfətə, səmimi -

"Yox"-u unut, sən həmişə "hə!" -də qal!..