Əbülfət Mədətoğlu : - Həyatım

Ədəbiyyat 09:33 / 17.02.2024 Baxış sayı: 1735

 

Zərbələri dözülməzdi,

Qayğıları çözülməzdi...

Dil anlamaz, söz bilməzdi -

həyatım!..

Yoxuşları yeniş namlı,

Qəm sfrəsi geniş, tamlı...

İşıqları sönmüş damdı -

həyatım!..

Nəm çəkdikcə üzüm üzdə,

Gün qaralır üzümüzdə!..

Boğulur, gah üzür üzdə -

həyatım!..

Elat köçüb, kənd qalıbdı

Çay süzülüb, qənd qalıbdı...

Bir qadına bənd qalıbdı -

HƏYATIM!..