Əbülfət Mədətoğlu : - Gözümü

Ədəbiyyat 09:34 / 10.08.2024 Baxış sayı: 3555

 

Fikrim dolaşıqdı, başım dumanlı -

Torranıb, saçınla silim, gözümü!..

Mən bir az ümidli, bir az gumanlı -

Saçının içində bilim, gözümü!

 

Baxmadan bir daha acı anlara,

Halıma, günümə acıyanlara!..

Ömrümdə gül kimi açılanlara -

Sayım gözmuncuğu, gülüm, gözümü!

 

Ümid aradıqca sökülən danda

Olmusan anbaan ruhumda, canda!..

Gözümü görməyə darıxan anda -

Göstərsin gözünə əlim, gözümü!

 

Şəkliylə təması görüş saydığım,

Həsrətin qəmimə örüş saydığım...

Əlinlə sığayıb, susub bağlıyım -

Səninçün qoruyum - ölüm, gözümü!