Əbülfət Mədətoğlu : - Et...

Ədəbiyyat 07:04 / 02.04.2024 Baxış sayı: 1460

 

Bir qəmin ağlayan vaxtı,

bir sevinc güldü - şükür et...

Ay doğdu, bir ulduz axdı -

düşün. barış və zikir et!..

 

Nəfəs tıncıxıb daraldı,

gözün altı da qaraldı...

Əlindən məni də aldı -

nə verdi? - onu fikir et...

 

Əbülfət , gözünün nəmin

sən sil, nişanəsin qəmin!..

Axtar tap, sevilmək çəmin -

Hamısın cəmlə - bikir et!..