Əbülfət Mədətoğlu - Baxışlarınla...
Ruhumu göynədirsən,
Susub, baxışlarınla..
Dözməyi öyrədirsən -
Küsüb, baxışlarınla!..
Canımı can sanırsan
Canımda canlanırsan!
Hərdən də can alırsan -
Süzüb,baxışlarınla!
Sözün özün və tərsin
Dodağım nübar dərsin
Sıraya Məcnun dərsin -
Düzüb, baxışlarınla!