Bu gün yağışdı şəhər - yazdı Arzu Hüseyn
Ən çox ağladığım gecə,
Ən çox güldüyüm səhər.
Xəbərin olmur, olmasın.
Bu gün çətin gün çıxa,
Bu gün yağışdı şəhər.
Bax ürəyim o ürək,
Nə köhnə, nə təzə tər.
Görüşümə gəlmədin,
Eynidir bəhanələr.
Bu gün yağışdı şəhər...
Gizlənib yuvasında,
Qara gözlü sərçələr.
Yollar su yarışması.
Ay halımdan bixəbər,
Bu gün yaman sənsizəm,
Bu gün yağışdı şəhər...