Bir ailənin 3 üzvü öldü - Salyanda 

MƏMLƏKƏT 10:25 / 30.01.2025 Baxış sayı: 2177

Salyanda minik maşınının kanala aşması nəticəsində ölən 4 nəfərin kimliyi məlum olub.

Yenises.az-ın məlumatına görə, hadisə nəticəsində Dayıkənd kənd sakinləri - 1990-cı il təvəllüdlü İsmayılova Nərmin Güləli qızı, onun azyaşlı övladları İsmayılzadə Rza Elşən oğlu və İsmayılzadə Hüseyn Elşən oğlu, o cümlədən 32 yaşlı Aqil Amil oğlu Məmmədov suda boğularaq ölüb.

Azyaşlı İsmayılzadə Vüqar Elşən oğlu xilas edilib.

***

00:09

Salyanda baş verən ağır yol qəzasında bir ailənin üç üzvü həlak olub. 

Yenises.az-ın məlumatına görə, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı kollektora aşması nəticəsində rayonun Dayıkənd kənd sakinləri, 1993-cü il təvəllüdlü Məmmədov Aqil Amil oğlu, bir qadın və onun iki azyaşlı uşağı suda boğularaq ölüb. 

Daha bir uşaq isə avtomobildən sağ çıxarılıb.

Qeyd edək ki, A. Məmmədov Salyan Rayon İcra Hakimiyyətində təlimatçı işləyib.

Faktla bağlı araşdırma aparılır. /unikal