Bəhram Bilaloğlundan İKİ ŞEİR 

Ədəbiyyat 13:02 / 08.12.2024 Baxış sayı: 2013

Daha xatirədir ötürdüyün an,

Ömrünə rəng qatıb,rəngarəng etdi.

Dalıb xəyallara ağlama,insan,

Gedənlər həyatı həmahəng etdi.

 

Neçə adamların izinə düşən.

Axmaqın,nadanın dizinə düşən.

Cahil bəndələrin gözünə düşən-

Saysız adamları boş,cəfəng etdi.

 

Hər kəs qazanmadı rəhməti,şanı.

Alsın bu dünyada cənnəti,sanı.

Ömründə ucaltdı hörməti,xanı-

Yaltağı,satqını bir nəhəng etdi.

 

Kiminə dərd oldu,kiminə şəkər.

Yazığı,məzlumu etdilər nökər.

Səhəri, axşamı yedim hey kədər-

Apardı fikrimdən,gül,çələng etdi.

 

****

 

Yıxılmayan ümidimdi,

Güman verir sabahlara.

Yaşayıram fəsil ömrü,

Köç etməsin günahlara.

 

Yar'a yaxın oldum,bəsit.

Əməlimlə qəlbi isit.

Haqdan gələn səsi eşit.

Ölç,getməsin günahlara.

 

Dua edər,əllər açar.

İman əhli bir nur saçar.

Azan səsi eşqə açar-

Seç,ötməsin günahlara.

 

Haqlı olar,ölçər sözlə.

Kəssən dilin,deyər gözlə.

Dahi olmaz,səbri,dözlə-

Keç,bitməsin günahlarla.