Bəhram Bilaloğlu - Mənə sevgiləri göstərən gözüm-
Mənə sevgiləri göstərən gözüm-
Yaşat sevgilərin ətir, qoxusun.
Göstərmə uzaqdan əsil sevgini,
Çatdır pak sevginin,sevgi yuxusun.
Dadım ləzzətini,təamlar kimi.
Zövqünü aldığım məqamlar kimi.
Burnumdan gəlməsin,haramlar kimi.
Keçsin sərhədimdən, açsın yaxasın.
Buzlaşmış könlümə qarı gətirmə.
Günəş ol,şəfəq saç,atəş ötürmə.
Yazdığım məktubu nolar,itirmə.
Ötür o məktubu,bir də oxusun.
Dağ boyda dağları çəkdim ürəyə.
Dözmədim tənəyə,yıxdım kürəyə.
Yolumu dəyişən məsum fələyə,
Göstərin yolunu,alsın duxusun.