Bəhram Bilaloğlu - Bir ömürdən min sim keçər,

Ədəbiyyat 08:30 / 03.12.2025 Baxış sayı: 730

Bir ömürdən min sim keçər,

Yarı sevgi, yarı qəmgin.

Sevgin varsa yaşayarsan,

Zaman özü edər zəngin.

 

Sevgi qədər mükəmməlin,

Qurmaq üçün eşq təməlin.

Yetərsə Haqqa cüt əlin,

Haqqın sözü edər zəngin.

 

Kimsə bilməz çəkdiyini,

Yolunda qəm əkdiyini,

Sevinc yaşı tökdüyünü,

Yarın izi edər zəngin.

 

Bəhram sevgilər becərər,

Çatar eşqə ruh göyərər.

Ömrü belə getməz hədər,

Qabar dizi edər zəngin.