Bayden yenə Putini təhqir etdi

DÜNYA 09:29 / 07.06.2024 Baxış sayı: 3586

ABŞ prezidenti Co Bayden çıxışlnda Rusiya prezidenti Vladimir Putini diktator adlandırıb. 

 Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Co Baydenin Rusiya prezidrntini təhqir edərək diktator adlandırması, onun özünün nüfuzuna zərbədir.

 "Vladimir Putin bu kobudluğa reaksiya verməyəcək, ona görə də ona cavab verməyəcək"- deyə Peskov bildirib.

 ABŞ prezidenti artıq birinci dəfə deyil ki, Rusiya prezidentini aşağılayaraq təhqir edir. Fevral ayında o, Putini təhqir edərək, "dəli it oğlu" adlandırmaqdan belə çəkinməyib.

  Putin isə, ABŞ prezidentinin təhqirlərini sadəcə kobudluq adlandırıb.(adalet.az)