Balaqardaş və Dadaş bir yerdə - yazdı Fərhad Tapdıqoğlu
(hekayə)
Balaqar-daş qəfədanı su ilə doldurub qazın üstünə qoydu ki,qaynasın.Bu zaman telefonuna zəng gəldi.Baxdı ki,Da-daş-dı.
Da-daş ona elə qar-daş-dı.
Başı telefonla Da-daş-la danışmağa qarışdı.Bu zaman qəfədandakı su da qaynadı,daş-dı...
Qəfədanın altını,qazı söndürdü Balaqar-daş.
Balaqar-daşla Da-daş danışdılar ki,getsinlər Qobustana.
Getdilər...
Balaqar-daş Da-daş-a bir daş-ı göstərib dedi:
--Bax,bu qaval daş-dı.
Da-daş ona qulaq asmasa da,Balaqar-daş hey "Qobustan muzeyi"ndən danışırdı...Bu daş-dan,o daş-dan,elə danışırdı obaşdan...
Birdən diqqət elədi ki, Da-daş ona qulaq asmır .
Balaqar-daş hirsləndi,coşdu,daş-dı:
--Hamı deyir ki,Balaqar-daş-la Da-daş-ın bağrı ba-daş-dı .Sən isə...
Balaqar-daş əsəbi halda danışırdı.Amma susurdu Da-daş...Sanki Da-daş-ın ürəyi daş-dı...
Küsdü Balaqar-daş...
Amma bu küskünlük çox uzun çəkmədi.
Balaqar-daş-ın çəkməsi ilişdi daş-a.Ufuldadı.Da-daş yaxınlaşıb dostunu qucaqladı.Üzr istədi ondan.
Dedi:
--Sən görmürsən o yan-bu yan daş-dı.Ehtiyatlı ol.
Bax,altda bir daş,üstdə bir daş...
Söhbətləşə-söhbətləşə dostlar bir təpəni,bir yalı aşdı.
Balaqar-daş yenə danışdı:
--Hamı deyir ki,Da-daş Balaqar-daş üçün elə da-daş-dı,qar-daş-dı.
...Balaqar-daşın gözü Da-daş-ın əlindəki kitaba sataşdı.Dədə Əşrəfin ( Əşrəf Veysəlli ) kitabı idi.
Balaqar-daş kitabı aldı Da-daş-dan.Oxudu bir şeiri kitabdan.Bir bəndini uca səslə oxudu başdan:
Nəvələri gözü kimi sevərdi,
Gec gələndə ürəyini yeyərdi.
"Allah ,məni daş-a döndər"-deyərdi,
Mənim anam daş-a döndü axırda...
Hər ikisi təsirləndi,kövrəldi.Dünyadan köçmüş anaları yadlarına düşdü...
Necə kövrəlməyə bilərdilər?!
Sinələrində çırpınan ürəkdir axı?!
Kim fikirləşər ki,daş-dı?
...Qobustandan qayıtdılar, gəldilər Balaqar-daş gilə.
Balaqar-daş-ın həyat yoldaşı dəmləmişdi aş.
Bala-qar-daşla Da-daş palazın üstündə oturdular,qurdular bar-daş.
Bala-qar-daş zarafatla dedi:
--Harda aş,Da-daş orda baş.
Da-daş gülümsədi.
Axı onlar bir-birlərinə deyirdilər qar-daş.
Aş da yedilər,üstündən çay da içdilər...
Yazdığı bayatılardan ikisini dedi Da-daş:
Əzizinəm,çay daş-dı,
Su çoxaldı,çay daş-dı.
Bacının ,həm qardaşın,
Ümid yeri qar-daş-dı.
Əzizinəm,o başdan,
Zirək durar o başdan.
Onlar gözümə işıq,
Olmaz bacı-qar-daş-dan.
Balaqar-daşın xoşuna gəldi bayatılar.Balaqar-daş dedi:
--Allah bütün bacı-qar-daş-ları qorusun.Amma olmaz Balaqar-daş-la Da-daş-dan .
Allah dünyasını dəyişən bacı qar-daş-lara rəhmət eləsin.
...Televizorda veriliş gedirdi.Da-daş-ın a-daş-ı Da-daş-ınski Da-daş-ın verilişi.Baxdılar verilişə Bala-qar-daş-la Da-daş,dostlar,qar-daş-lar...
Sonra sağollaşdılar,evlərinə getdi Da-daş...
Beləcə gözəl bir gün yaşadılar iki dost,qar-daş,sir-daş Balaqar-daş-la Da-daş...