"Azərbaycanla sülh müqaviləsi imzalanmasının vaxtı çatıb" - Paşinyan

DÜNYA 19:59 / 14.05.2024 Baxış sayı: 2701

"Azərbaycanla əldə olunan razılaşmaların sülh müqaviləsinə daxil edilməsinin və imzalanmasının vaxtı çatıb". 

Yenises.az xəbər verir ki,  bunu Ermənistanın baş naziri Nikol Paşinyan Kopenhagen Demokratiya Sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bütün çağırışlara baxmayaraq, Ermənistan demokratiyanın əsl və ən arzuolunan yoldaşının davamlı və sabit sülh olduğuna inanır.

“Hökumətim buna görə məsuliyyəti öz üzərinə götürüb. Bu o deməkdir ki, delimitasiya zamanı biz sadəcə Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasındakı inzibati sərhədləri əsas kimi götürməliyik. Almatı bəyannaməsinə əsasən, həmin sərhədlər iki ölkə arasında dövlət sərhədi kimi müəyyənləşdirilib", - Paşinyan bildirib