AYSEL ƏLİZADƏ YAZIR   SƏN

Ədəbiyyat 08:44 / 13.08.2025 Baxış sayı: 2191

 ·

Sən!

Sevgiyə sayğım

Sən

Sayğıya sevgim.

Sən...

Savaşım,

Sən

Barış sazişim.

Sən

Özümə gəlişim,

Sən

Özümdən gedişim.

Sən!

Ölsəm də yaşamağım...

Sən

Səhrada dayanacağım.

Sən

Yolumu azmışlığım...

Sən-Gücsüzlüyüm,

Sən-Ölçüsüzlüyüm,

Sən

Tutunacaqsız oluşum

Sən

Ağrılı gülüşüm.

Sən

Mənim olanım

Sən

Mənim olmayanım.

Sən

Var-gücüylə özlənə bilənim.

Sən

Səhrada sevənim.

Sən...

Özümlə sevişim.

Sən

Zamandan küsüşüm.

Sən

Başımdan çıxan ağlım.

Sən

Gəlmədən gedənim.

Sən-Özümə dediyim nağılım...

Sən-Tapıntım, itkim.

Sən

hardasan, ay itkin?