Ayaz  Arabaçı : -  Dam üstəki sağsağan.

Ədəbiyyat 09:00 / 03.04.2025 Baxış sayı: 978

Soyuq küləklər əsir,

Dam üstəki sağsağan.

Bizdən ağlın nə kəsir,

Dam üstəki sağsağan..

 

Çırpınırıq tələdə,

Dam üstəki sağsağan.

Nicat yoxdu hələ də,

Dam üstəki sağsağan.

 

Köhnə köpək, köhnə ham,

Dam üstəki sağsağan.

Hər şeydən bezir adam.

Dam üstəki sağsağan.

 

Bura özgə diyardı,

Dam üstəki sağsağan.

Nə əksələr xiyardı,

Dam üstəki sağsağan.

 

Canımda bir hürkü var,

Dam üstəki sağsağan.

Dam üstə bir tülkü var,

Dam üstəki sağsağan...