Arzu Ada - "QIRMIZI BƏNÖVŞƏLƏR "
(Hekayə)
...
Qırmızı bənövşələr heç gördünüzmü ?!
Hamının tək cavabı olacaq
Xeyir..
Mor bənövşələri isə hamı görüb
Amma heç mən də bənövşələrin qımızı oldugunu bilmirdim
Amma var imiş ..
Yaz gələndə hamı ən gizlin yerlərdən yaza boylanan bənövşələri görmüsünüz mütləq .
Onun boynunu büküb , gizləndiyi yerdən qoparmaga yəqin çoxunuz qıymamısınız .
Mən də qıymamışam
Onsuz da ömrü nədir ki .fikirləşmişəm..
Bütün kəndlər kimi bu kənddə də bənövşələr bitirdi...
O yaz bu kəndə bir qız gəlmişdi Elə bənövşələr kimi boynu bükük qalmışdı
Ata.. anası qəzada həlak olandan sonra nənə babasına sıgınmaga gəlmişdi ..Cicək .
Kəndə gələn bu qız çox gözəl idi .
Oglanlar pərvanə olmaga hazır idilər bu qız üçün .
Tək Adil özünü gözə soxmadan , gizlin ,gizlin bu qızı sevməyə başlamışdı deyəsən
Məktəbdə iki paralel sinif var idi .
Kaş bu qız bizimlə oxuyaydı ..fikirləşirdi oglanlar
Allah eləməsin .. deyə qızlar isə gecə gündüz dua edirdilər .)
Bir gün sinifin qapısı açıldı .
Müəllimə həmən o şəhərli qızla içəri girdi .
...Bu gündən sonra bu qız sizinlə birlikdə oxuyacaq.
Həmin gün üzürlü səbəbdən dərsə gəlməyən Nazlının yeri boş idi Cicək sən keç hələlik Adilin yanında əyləş
Sonra baxarıq.
Cicək ürkək ürkək Adilin yanına keçdi .
Adil cəkilib lap divarın dibinə sıgındı
Günlər belə sakit səssiz kecirdi .
Yaz gəlmişdi .
Bir gün Cicək evə gedəndə sumkasından ag sapla baglanmış bir qom bənövşə gördü .
Bu bənövşəni Adilin qoydugunu o dəqiqə hiss etmişdi Cicək.
Beləcə səssiz dialoq başladı ..
Məktəb də bitdi ..
UNİVERSİTET İLLƏRİ DƏ SONA ÇATDI .
Hərəsi bir fakultənin sevilən tələbələri olmuşdu
HƏLƏ DƏ BU UTANCAQ OGLAN Cicəyə BİR ETİRAFDA BULUNMAMIŞDI .
Kolidorda rastlaşanda sadəcə salam verib keçirdi ikisi də
Bəzən dərsdən bir çıxıb dayanacaga qədər bir gedər ayrı ayrı istiqamətlərə gedən avtobuslara minərdilər
Sakit . səssizçə
Cicək İSƏ O BƏNÖVŞƏLƏRİ HƏLƏ AG XALATININ DÖŞ ÇİBİNDƏ GƏZDİRİRDİ , SAXLAYIRDI .
BU DA TƏLƏBƏLİK İLLƏRİNİN SONU
ADİLİ UNİVERSİTETDƏ SAXLAMAQ İSTƏSƏLƏR DƏ ADİL KƏNDLƏRİNƏ DÖNÜB ORADA İŞLƏYƏCƏYİNİ DÜŞÜNÜRDÜ.
ÇÜNKÜ EVİN YEGANƏ OGLU İDİ ADİL .
Cicək DƏ ALİ TƏHSİLLİ HƏKİM KİMİ KƏNDƏ DÖNMƏYİ QƏRARLAŞDIRMIŞDI .
BABA HƏYATA VİDA ETMİŞDİ NƏNƏ DƏ ÇOX QOCALMIŞDI ..
BUDUR İKİSİ DƏ EYNİ GÜNDƏ KƏNDƏ DÖNDÜ..
TƏYYARƏDƏ TƏSADÜFƏN YERLƏRİ YENƏ DƏ YAN YANA DÜŞMÜŞDÜ
EYNİ GÜNDƏ DƏ İŞƏ BAŞLADILAR..
SAVADLI ADİL GÖZƏL MEHRİBAN KƏNDİN SEVİMLİSİ OLMUŞDU
HƏR GÜN EYNİ KORİDORDA RASTLAŞIR XƏFİFCƏ GÜLÜMSƏYİB KEÇİRDİLƏR .
ELAN OLUNMAMIŞ MÜHARİBƏ BAŞLAMIŞDI
HƏR GÜN..BU XƏSTƏXANAYA DA ÇƏBHƏDƏN YARALILAR GƏLMƏYƏ BAŞLAYANDA
ADİL İŞİNİ İ DONDURUB KÖNÜLLÜ CƏBHYƏ GETDİ
HƏMİN GÜN CİCƏK İŞ STOLUNUN ÜSTÜNDƏ KİÇİK BİR KAGIZ GÖRDÜ
...SƏNİ SEVİRƏM CİCƏK .
Tək bu cümlə .
CİCƏKSƏ O ÜNVANA.. ADİLİN BİR YAZ GÜNÜ ONA CAVAB KİMİ RƏNGİ SOLMUŞ < BƏNÖVŞƏLİ> CAVABINI GÖNDƏRDİ .
ADİL BU MESAJIN MƏNASINI ANLADI
QANLI QADALI GÜNLƏR BİTMİRDİ
ADİL
BƏNÖVŞƏLƏRİ DÖŞ CİBİNDƏ SAXLAYIRDI .
ARTIQ MÜHARİBƏNİN SONU İDİ
BU NEÇƏ İLDƏ O BƏNÖVŞƏLƏR ADİLLƏ BİRGƏ ÖLÜM.. QAN GÖRDÜ .
...HAZIRLAŞ ..HAÇIYEV!
SƏHƏRDƏN 50 ƏSGƏRLƏ TƏRXİS OLUNURSUNUZ ..KOMANDASI VERİLƏNDƏ ADİL ƏLİNİ ÜRƏYİNİN ÜSTÜNƏ QOYDU
..
. GƏLİRƏM ,CİCƏK .
TELEFONDA BU SÖZÜ DEDİ ADİL..
O GEÇƏ YENƏ SƏRHƏDDƏ ATIŞMA BAŞLADI
SON NƏFƏSİNİ VERƏN İTLƏR YENƏ HÜÇUMA KEÇMİŞDİLƏR
ADİL arxada DÖYÜŞ MÖVQEYİNDƏN UZAQDA İDİ .
BU HƏRBİ ÇADRA O GÜN ONLARLA YARALI DAŞIDILAR.
ARDI ARASI KƏSİLMİRDİ ..GÜLLƏLƏRİN
QUDUZLAŞMIŞ İTLƏR YARALILARIN OLDUGU HƏRBİ ÇADIRI DA NİŞAN ALDILAR. ..
O GEÇƏ CİCƏK BİR QOM BƏNÖVŞƏNİ QAN İÇİNDƏ GÖRDÜ.YUXUDA
PƏNCƏRƏNİN QARŞISINDA DURUB YOLLARA SARI BAXDI ..
ADİL BU GÜN GƏLƏCƏYDİ ..
Bu zaman xəstəxananın düz qarşısından keçən hərbi komvoy ÇİÇƏYİN ürəyini titrətdi
Qeyri ixtiyarı əynindəki ag xalatla otagından çıxıb komvoyun arxasınca irəlilədi
Konvoy Adilgilin darvazası qarşısında durdu ..
GƏLƏN ƏSGƏRLƏR HÖNKÜRTÜ İLƏ AGLAYIRDILAR.
KİM İMİŞ ÖLƏN ..GÖRƏN...
CİCƏK DAHA HEÇ NƏ XATIRLAMIRDI ..
AXŞAM ADİLİN DÖŞ ÇİBİNDƏN HƏMƏN QANA BOYANMIŞ BƏNÖVŞƏLƏRİ ÇIXARAN ANANIN FƏRYADI BÜTÜN KƏNDDƏ ƏKS SƏDA VERDİ
GÜLLƏ QƏLPƏLƏRİ ADİLİN DÖŞ CİBİNDƏ GƏZDİRDİYİ BƏNÖVŞƏLƏRİ ONUN ÜRƏYİNİN QANINA ...QIP. QIRMIZI RƏNGƏ BOYAMIŞDI .
BU KƏNDƏ YENƏ YAZ GƏLİRDİ
AMMA ...
DAHA BU KƏNDDƏ BƏNÖVŞƏ BİTMİRDİ...
...
SON..