Anar : -  "Bir dəfə demişəm, üç dəfə də təkrar etmişəm..."

HÜQUQ 17:57 / 21.06.2024 Baxış sayı: 3090

Bir neçə aydan sonra Azərbaycanda parlament seçkiləri keçiriləcək. Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib. 

Bir müddət əvvəl əgər təklif gələrsə, seçkilərə qatılmağı düşünəcəyini bildirən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin namizəd olub-olmayacağı da müzakirə olunan məsələlərdəndir. Modern.az məsələ ilə bağlı AYB sədri ilə əlaqə saxlayıb. 

O bildirib ki, seçkilərə qatılmayacaq: “Bir dəfə demişəm, üç dəfə də təkrar etmişəm. Yenə təkrar edirəm, seçkilərə qatılmaq fikrim yoxdur”.