Aləmzər Sadiqqızı - Səni yaşaya bilməmək...

Ədəbiyyat 07:55 / 03.12.2025 Baxış sayı: 1539

 

Yatarkən səsinlə yatmaqdır hüzur...

Səsinlə oyanmaqdı həyata sevgi...

İçimdəki varlığındı ,yoxluğuna dözmək,

Hər ağrıya sinə gərməkdi səni sevmək.

Ölməyi yasaq etməkdi Allahla söhbət,

Səni bir də incitməməkdi, yaşamağa məhəbbət...

Yolunu gözləməkdi səbr...

Bir də çarəsizliyə çarə tapa bilməməkdi ağrılarım.

Bilsən necə darıxır, sənə danışa bilmədiyim nağıllarım...

Bir az da sənin yerinə üzülməkdi gözlərimin yağışı,

Köksundə hönkürə bilməməkdi sevincimi...

Hər gün lənət oxumaqdı ayrılıqlara sənə qovuşmağın duası...

Hər yerdə sən varsan

soyləməkdi, yoxluğuna üsyanım...

Bom-boş, heç səni tanımayan evdə axtarmaqdır səni, var oluşun...

Hər gün səndən küsməkdi həyatla barışmağım...

Sonra da barışmaqdır səninlə , sənsizliyə küsməyim...

Beləcə ölə -ölə yaşamaqdı, səni yaşaya bilməmək...

3.12.24.

Xəzri Mur