Aləmzər Sadıqqızı - Qoy mən olum yollarının qurbanı...
Bir az müşkülüm var...ey gözəl Tanrım,
Bir az ürəyimə sərin su ələ...
Qoymuşam başımı ayağın altda...
Əgər kül yazmısan çevir gül elə.
Mən ki, səndən özgə yol tanımıram,
Qoy mən olum yollarının qurbanı...
Sar-sarmala balan kimi könlümü,
Olum sənin qollarının qurbanı!
Sən bilirsən nə yaşadım əzəldən,
Sənə qurban, çəkmə daha sınağa...
Yoxdu daha həyatımda sağ yerim...
Dözməz Aləm milyon-milyon qınağa
13.1.2026.