Aləmzər Sadiqqızı : - Könül verib qırıq-qırıq...

Ədəbiyyat 10:34 / 19.08.2025 Baxış sayı: 2665

Könül verib qırıq-qırıq,

Tanrıdan alıb tapşırıq,

Yarasını soruşmuruq,

Burda bir gəlin ağlayır.

 

Girib yükün ağırına,

Çatıb dünyanın axrına,

Basıb daşını bağrına,

Burda bir gəlin ağlayır.

Kaş dərddən gözü su içə,

Qıvrılır, qovrulur necə,

Soraqlayır küçə-küçə,

Burda bir gəlin ağlayır.

 

Görmədiyi günü çəkdi,

Saçlarına dəni əkdi,

Günahı səni sevməkdi,

Burda bir gəlin ağlayır.

Ev qurmadı xana-xana...

Pəri-pəri, sona- sona...

Hamıdan çox yana-yana,

Yay günündə dona-dona...

Burda bir gəlin ağlayır!!!

 

Ferqane Mehdiyeva.

Böyükxan Pərviz.

Orda bir gəlin ağlayır,

Yarasını soruşmayın,

Saçları tamam ağarıb,

 

Qarasını soruşmayın.

Aman necədə kövrəkdi,

Gözəldi, yenə göyçəkdi,

Örtdüyü qara örpəkdi,

Xarasını soruşmayın.

 

O qızların xası idi,

Dərdə, qəmə asi idi,

Armudun yaxşısı idi,

Sonrasını soruşmayın!