Aləmzər Sadiqqızı - Ağaclar da yorulub...
Ədəbiyyat
09:34 / 18.04.2025
Baxış sayı: 1888
Ağaclar da yorulub,
yellənib yol getməkdən
Yasəmənlər üşüyür,
Bu yağışdan, küləkdən.
Hər tərəfdə həsrət var,
Ürəyimdə qorxular...
Birdən dözməz bu ev də,
Tənhalıqdan yıxılar...
İşıqlar da sönübdü,
Hər tərəfdə kədər var.
Nə içimdə bir ümid,
Nə alnımda qədər var...
16.4.2025.