Aida Adıgözəl : - Azadlıq həsrəti

Ədəbiyyat 09:20 / 08.12.2024 Baxış sayı: 938

 

Bu Vətən deyilən nə hikmətdirsə,

Torpağı qan dadır, gülləri zəhər,

Bir ölkə göstərin mənimki qədər,

Sevinc yaşları yox töksün qəm, kədər!

 

Bir ölkə göstərin özünə sərhəd,

Sərvəti başına bəla yazılmış.

Torpaqları əsir övladı Şəhid,

Quyusu doğmacca əllə qazılsın!

 

Bir torpaq göstərin doğuşdan əsgər,

Kişisi kəfən yox bayraq geyinmiş,

Yarandığı gündən yazısı belə,

Azadlıq hayqırıb yerlə sürünmüş!

 

Bu Vətən deyilən nə hikmətdirsə

Sevdikcə sevirsən, dadı doyulmaz!

Yurdunda qalsa da sonuncu nəfər,

Nə ölümdən qorxar, əldən qoyulmaz!