AĞLAMAYIN -yazdı Kamala Abiyeva Aydın Qızı
20 yanvar şəhidlərinə
Dərdə düçar olan ana,
bulud kimi dolan ana,
Saçlarını yolan ana,
Sən ağlama, mən ağlaram.
"Ata"deyib hay salanım,
"Qardaş"deyib hayqıranım,
Ömürlük həsrət qalanım,
Sən ağlama,mən ağlaram.
Günəşim, ulduzum,ayım,
Torpağım,çörəyim,suyum,
Vətən,sənə necə qıyım?..
Sən ağlama, mən ağlaram.
Haqqı arxa bilənləri,
Haqq yolunda ölənləri,
Ölməzliyə dönənləri
Ağlamayın,ağlamayın.
1993