Ağaevli Əli Hacı :- Öləndə məni çağır
Öləndə məni çağır
Bir az oturub,gülək !
Bu vaxt bizi öldürür,
Biz də vaxtı öldürək !
Aparmağa yükün çox,
Qoy,bir az mən boşaldım !
Deməsinlər bu üzdən,
O,üzə çox daşıdın !
Nəyin var tök başından,
Boşalt qəlbini,bosal !
Ən gözəl şəkil seçək,
O, nisyə mərmər daşa !
İstilər soyuq gəlir,
Yandır kağız şəklini !
Sonra nəvən cıranda,
Oğul kəsməsin əlin !
Öləndə məni çağır,
Tək yola salım səni !
Mən ölüm sən yerinə,
Qadoyu alım sənin !