Zəka Vilayətoğlu : - Bu sirli, bu dərin dərya könüldə

Ədəbiyyat 08:51 / 21.05.2025 Baxış sayı: 1489

Bu sirli, bu dərin dərya könüldə,

Sözün balıq kimi çırpınmağı var,

Qanın, şahə qalxan dalğalar kimi,

Qəfildən "sahilə" çırpılmağı var.

 

Düşüncə torunu atıb dərinə,

Tutmaq istəyərsən bu söz balığı.

Bəzən də toruna balıq yerinə,

İlişər dəryanın yosun qalığı.

 

Əgər ilahidən yoxsa qismətin,

Axtarıb bir inci bulmağın çətin!

Ölüb-dirilməsən söz oyununda,

Zəka, sənin şair olmağın çətin!

 

15.05.2025