Zəka  Vilayətoğlu : - "De, kiməm mən?"

Ədəbiyyat 20:14 / 20.05.2025 Baxış sayı: 1538

Damarımda axan qandan

soruşdum: "De, kiməm mən?"

Cismimdəki ruhdan, candan

soruşdum: "De, kiməm mən?"

Türk düşməni Ohanyandan

soruşdum: "De, kiməm mən?"

Qulağımda pıçıltılar səsləndi hey:

"Türksən, türk!"

Kimliyini bilməyənə cism də yük,

ruh da yük!

Döndərməyə çalışdılar yolumdan,

- heç dönmədim,

Ayırmağa, keçmişimdən, ulumdan,

- heç dönmədim,

Söndürməyə cəhd etdilər nurumu,

-heç sönmədim,

Aydın oldu gün kimi bu nədənlər;

türksən, türk!

Kimliyini bilməyənə cism də yük,

ruh da yük!

Məzlumların, kimsəsizin qolu türk,

qanadı türk!

Zalıimların əməlini hər zaman

qınadı türk,

Yürü, yürü Haqq yolunda, Haqq olanın

adı türk!

Bu sevgiylə, bu amalla mən də türkəm,

Ulu türk!

Kimliyini bilməyənə cism də yük,

ruh da yük!

 

18.05.2025